Qaşlarını aldıran, saç əkdirdiyinə görə qovulan, qırışlarını açdıranlar… - Onlar belə dəyişdilər

11-02-2020, 17:32           
Qaşlarını aldıran, saç əkdirdiyinə görə qovulan, qırışlarını açdıranlar… - Onlar belə dəyişdilər
Futbolçuların oyunları ilə yanaşı, onların görkəmi də hər zaman azarkeşlərin diqqətində olur. Görünüşlərindən narazı olan yaşıl meydan simaları çox zaman estetik əməliyyatlara və digər gözəllik proseduralarına üz tutur.
“Yeni Sabah” həmin futbolçularla bağlı kiçik araşdırma edib:

Rüfət Dadaşov

Futbol üzrə Azərbaycan millisinin və “Foneks Rizinq”in (ABŞ) hücumçusu alnındakı qırışlarını açdırıb.

Renat Dadaşov, Eddi İsrafilov

Azərbaycan yığmasının hər iki futbolçusu xarici görünüşə fikir verən oyunçulardandır. Futbolçular qaşlarına əl gəzdirib.

Ruslan Abışov

Bakının “Sabah” klubunun futbolçusu da əməliyyat etdirən futbolçulardandır. R.Abışov burun əməliyyatı keçirib.

Kamran Ağayev

Futbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı başına saç əkdirib.

Alper Potuk

Qış transfer dönəmində “Qarabağ”a keçəcəyi gözlənilən “Fənərbxaça”nın yarımmüdafiəçisi Alper Potuk xarici görünüşünə əhəmiyyət verən futbolçulardandır. Türkiyəli futbolçu burun əməliyyatı keçirib.

Kriştiano Ronaldo

İtaliyanın “Yuventus” klubunun portuqaliyalı hücumçusu tez-tez xarici görünüşü ilə gündəmə gəlir. 35 yaşlı futbolçu burnunu əməliyyat etdirib, dişlərini düzəltdirib, üz və alın qırışlarını açdırıb, qaşlarını aldırıb. O, “Real” (İspaniya) klubunda məşhurlaşdıqdan sonra bu cür estetiklər etdirib. O, təkcə qaşlarına görə, ildə 2600 avro xərcləyir.

Qaret Beyl

“Real”ın (Madrid) sol cinah yarımmüdafiəçisi qulaqlarını əməliyyat etdirib. Əvvəllər “şəlpə”likdən əziyyət çəkən futbolçu əməliyyat etdirərək bu problemindən xilas olub.

Devid Bekhem

İngiltərə futbolunun əfsanəsi, yaraşıqlılığı ilə dillərdən düşməyən Bekhem də üzündə bir çox detalları dəyişdirib. Belə ki, sabiq futbolçu üzündəki alın və göz ətrafındakı qırışlarını açdırıb, dişlərini düzəltdirib, burnunu əməliyyat etdirib.

Cenk Tosun

Türkiyə millisinin və “Everton” klubunun futbolçusu saç əkdirərək görünüşünü dəyişib.

Fahri Tatan

Türkiyənin “Ərzurumspor” klubunun sabiq futbolçusu Fahri Tatan etdirdiyi əməliyyatın güdazına gedib. Belə ki, futbolçu saç əkdirdiyi üçün klubdan qovulub.





















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.