PSJ-nin oyunu təxirə salındı

7-03-2020, 09:41           
PSJ-nin oyunu təxirə salındı
Futbol üzrə Fransa çempionatının XXVIII turunda keçirilməsi planlaşdırılan "Strasburq" - PSJ matçı qeyri-müəyyən müddətə təxirə salınıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus infeksiyasının yayılması səbəb olub. Qarşılaşma bu gün keçirilməli idi.

Qeyd edək ki, Fransada koronavirusa yoluxanların sayı 600 nəfəri ötüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkə və regionda qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 238-ə çatıb. Bunların 57 623 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru