“Liverpul” tarixinin yeni rekordunu vurdu

8-03-2020, 00:00           
“Liverpul” tarixinin yeni rekordunu vurdu
“Liverpul” İngiltərə çempionatları tarixinin yeni rekorduna imza atıb.

Yurgen Kloppun yetirmələri evdə ən uzun qələbə seriyasının müəllifi kimi tarixə düşüb.

Mersisaydlılar XXIX turun “Bornmut”la oyununda ardıcıl 22-ci ev oyununda qalib gəlib – 2:1. Bunadək də rekord “Liverpul”a məxsus idi.

1972-ci ildə ardıcıl 21 ev matçında xal itirməyən liverpullular 48 il öncə “Mançester Siti”, “Nyukasl” və “Preston”un (hərəsi 20 qələbə) rekordunu yeniləmişdi.

Qeyd edək ki, “Liverpul” 82 xalla Premyer Liqanın lideridir. (Apasport)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.