Dortmund “Borussiya”sı qalib gəlib, “Leypsiq” büdrəyib

8-03-2020, 01:01           
Dortmund “Borussiya”sı qalib gəlib, “Leypsiq” büdrəyib
Almaniya Bundesliqasında XXV tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 6 matç keçirilib.

“Bavariya” ilə çempionluq mübarizəsi aparan “Leypsiq” səfərdə “Volfsburq”la bacarmayıb. “Borussiya”ların duelində Dortmund təmsilçisi Mönhenqladbaxdan qələbə ilə ayrılaraq 2-ci sıranı ələ keçirib.

Daha bir iddialı “Bayer” öz meydanında vurduğu 4 cavabsız qolla “Ayntraxt”ı darmadağın edib. “Şalke” “Hoffenhaym”la, “Herta” “Verder”lə sülhə imza atıb. Dörd qolun vurulduğu görüşdə “Frayburq” “Union”dan güclü olub.

Qeyd edək ki, tura martın 8-də yekun vurulacaq.

Almaniya Bundesliqası
XXV tur
7 mart
“Bayer” – “Ayntraxt” – 4:0
Haverts, 4, Bellarabi, 14, Paulinyo, 49, 53
“Şalke” – “Hoffenhaym” – 1:1
Makkenni, 20 – Baumqartner, 69
“Herta” – “Verder” – 2:2
Ştark, 41, Kunya, 60 – Sarqent, 3, Klassen, 6
“Frayburq” – “Union” – 3:1
Şallai, 34, Günter, 55, Kox, 82 – Andersson, 61
“Volfsburq” – “Leypsiq” – 0:0
“Borussiya” M – “Borussiya” D – 1:2
Ştindl, 50 - Azar, 8, Hakimi, 71












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru