Lider qələbə qazanıb, “Trabzonspor”la “Fənərbaxça” xal itirib

8-03-2020, 01:02           
Lider qələbə qazanıb, “Trabzonspor”la “Fənərbaxça” xal itirib
Türkiyə Super Liqasında XXV tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 4 qarşılaşma keçirilib.

Çempionatın lideri “Başakşəhər” səfərdə “Göztəpə”nin qonağı olub. İstanbul klubu rəqib meydanında böyük hesabla qalib gəlib.

Liderin izləyicilərindən olan “Trabzonspor” Qaziantepdə eyniadlı komandanın müqavimətini qıra bilməyib – 1:1. “Yeni Malatyaspor”la “Konyaspor”un görüşündə də eyni nəticə qeydə alınıb.

“Fənərbaxça” doğma meydanda “Dənizlispor”la üz-üzə gəlib. Dörd qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.

Türkiyə Super Liqası
XXV tur
7 mart
“Yeni Malatyaspor” – “Konyaspor” – 1:1
Yıldırım, 80 – Bajiç, 45 (pen.)
“Qaziantep” – “Trabzonspor” - 1:1
Kayode, 53 – Ekuban, 22
“Göztəpə” – “Başakşəhər” – 0:3
Ba, 40, Kriveli, 57, Kahveçi, 90
“Fənərbaxça” – “Dənizlispor” – 2:2
Tufan, 22, Aziz, 90 – Muravski, 45 (pen.), Yumlu, 75












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.