Messi İspaniya çemponatında 55-ci qolu ilə 3-cü yerə yüksəldi

8-03-2020, 09:22           
Messi İspaniya çemponatında 55-ci qolu ilə 3-cü yerə yüksəldi
İspaniya La Liqasının 27-ci turunun matçında Katalon "Barselona”sı "Real Sosedad"ı qəbul edib.

“Report” xəbər verir ki, Barselonada baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qolu 81-ci dəqiqədə Lionel Messi penaltidən vurub. Bu, onun İspaniya çempionatındakı karyerasında 55-ci qolu olub. Argentinalı hücumçu bu göstərici ilə turnir tarixində üçüncü yeri tutur.

Penaltidən vurulan qolların sayna görə, ikinci yeri 1981-ci ildən 1992-ci ilə qədər “Atletiko” və “Real Madrid”də və 1993/1994-cü illər mövsümündə “Real Sosedad”da oynamış Uqo Sançes tutur. O, 56 penaltini qola çevirib.

İspaniya çempionatında bu göstərici üzrə lider Kriştianu Ronaldudur. O, 61 penaltini dəqiq yerinə yetirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru