“Barselona”ya 1 qol bəs etdi

8-03-2020, 09:54           
“Barselona”ya 1 qol bəs etdi
İspaniya La Liqasında 27-ci tura start verilib.

Teleqraf.com xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
“Alaves” doğma meydanda “Valensiya”nı qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xal qazanıblar.

Son turda “Real”a məğlub olaraq, liderliyi əldən verən “Barselona” bu tur çərçivəsində “Real Sosyedad”ı sınağa çəkib. Kataloniya təmsilçisi bu oyunda minimal hesabla qalib gəlib.

Turun mərkəzi görüşü Madriddə keçirilib. “Atletiko” doğma azarkeşləri qarşısında “Sevilya”nı qəbul edib. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

Madrid “Real”ı isə “Betis” səfərinə yollanacaq.

İspaniya La Liqası, 27-ci tur

6 mart

Alaves – Valensiya 1:1
Qol: Mendez, 73 – Parexo, 34.

7 mart

Eybar – Malyorka 1:2
Qol: Biqas, 90+2 – D.Rodriqes, 42. Kubo, 78.

Atletiko – Sevilya 2:2
Qol: Morata, 32-pen. J.Feliks, 36 – De Yonq, 19. Okampos, 43-pen

Barselona – Real Sosyedad 1:0
Qol: Messi, 81-pen.

Xetafe – Selta 0:0

8 mart

15:00 Osasuna – Espanyol
17:00 Valyadolid – Atletik
19:00 Levante – Qranada
21:30 Vilyarreal – Leqanes
00:00 Betis – Real












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.