Ronaldinyo həbsxananı tərk edib

8-04-2020, 01:34           
Ronaldinyo həbsxananı tərk edib
Braziliya millisinin sabiq futbolçusu Ronaldonyo Paraqvayda saxlanıldığı həbsxananı tərk edib.

Həbsxanada 1 ay qalan futbol əfsanəsi hazırda Asunson şəhərinin otellərindən birində ev dustaqlığındadır.

Ronaldonyo və qardaşı Roberto de Assis Moreyra Paraqvaya saxta sənədlərlə daxil olduğu üçün həbs edilib. Martın 5-də baş prokuror onun həbsinə qərar verib.

Ertəsi gün buraxılan sabiq futbolçu bir neçə saatdan sonra yenidən həbs edilmişdi. Sonradan məhkəmə onun saxlanılmasını 6 aya qədər uzadıb.//APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru