“İnter” Messi ilə danışıqlara başlayır

9-04-2020, 01:43           
“İnter” Messi ilə danışıqlara başlayır
Argentina millisinin və İspaniya “Barselona”sının futbolçusu Lionel Messi karyerasını İtaliyada davam etdirə bilər.

Bizimxeber.az saytının məlumatına görə, cənubi amerikalının mövsümlərarsı fasilədə “İnter”ə keçmək variantı yaranıb.

Milan təmsilçisi artıq danışıqlara hazırlaşır. 32 yaşlı argentinalı artıq doğma komandası olan Argentinanın “Nyuellz Old Boyz” klubundan təklif alıb. Müqaviləsi 2021-ci ilin yayında başa çatacaq Messi öz istəyi ilə cari mövsümün sonunda da klubdan ayrılmaq hüququna malikdir.

Qeyd edək ki, Lionel peşəkar karyerası ərzində “Barselona”da oynayıb. Cari mövsümdə argentinalı 31 matçda 24 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru