"Qalatasaray" bütün əcnəbi oyunçularla yollarını ayıracaq

10-04-2020, 00:58           
"Qalatasaray" bütün əcnəbi oyunçularla yollarını ayıracaq
Koronavirus pandemiyasının ciddi ziyan vurduğu klublardan olan "Qalatasaray" bunu sığortalamaq üçün tarixi qərar qəbul edib.

Apasport.az saytının məlumatına görə, İstanbul klubunun voleybol komandası bütün əcnəbi oyunçuları ilə yollarını ayıracaq.

Bunu "sarı-qırmızılılar"ın voleybola məsul olan İdarə Heyətinin üzvü Okan Böke açıqlayıb. O bildirib ki, yeni mövsüm komanda bütünlüklə yerli voleybolçulardan ibarət olacaq: "Növbəti mövsümü yalnız türkiyəli voleybolçularla keçirəcəyik. Komandada yalnız bir əcnəbinin müqavilə müddəti gələn ilə qədərdir. Ancaq onunla da söhbətimiz olacaq".

"Qalatasaray" rəhbərliyi futbol komandasında ciddi dəyişiklik etməyi planlaşdırmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru