"Real"ın transfer üçün maraqlandığı hücumçular məlum oldu

11-04-2020, 08:55           
"Real"ın transfer üçün maraqlandığı hücumçular məlum oldu
Madrid “Real”ı "Tottenhem Hotspur"un və İngiltərə milli komandasının hücumçusu Harri Keynlə maraqlanır.

“Report” xəbər verir ki, bu barədə “Mundo Deportivo” bildirib.

Məlumata görə, “Real”ın əsas transfer hədəfi “Borussiya”nın hücumçusu Erlinq Holanddır. Ancaq "kral klubu" Keynlə müqavilənin imzalanmasını da istisna etmir.

Daha əvvəl Keyn özü bildirib ki, mövsümün sonuna yaxın London klubundan gedişi ehtimalını istisna etmir.

Keyn "Tottenhem"in yetirməsidir. O, “şəhərlilər”in əsas komandasında 2009-cu ildən hücumçu kimi çıxış edir.

Keyn cari mövsümdə klub səviyyəsində 25 matçda 17 qol vurub və 2 məhsuldar ötürmə edib. Hücumçunun komanda ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədər nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru