Əfsanəvi futbolçunun doğum günüdür

11-04-2020, 09:54           
Əfsanəvi futbolçunun doğum günüdür
Bu gün Azərbaycanın təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadovun doğum günüdür.

Cebhe.info xəbər verir ki, Ağasəlim Seyidəhməd oğlu Mircavadov 1947-ci ildə Bakıda anadan olub. Futbol oynamağa 12 yaşında başlayıb. “Neftçi” klubunun heyətində çıxış edib. 1973-cü ildən məşqçilik edir. 1982-ci ildə dövrün ən böyük məşqçilik məktəblərindən sayılan Moskva Ali Məşqçilik Məktəbini bitirib.

Sovet dönəmində bir neçə dəfə “Neftçi” komandasının sükanı arxasında dayanıb. 1988-ci ildə "Azərbaycanın əməkdar məşqçisi" fəxri adına layiq görülüb.

1991-1996-cı illər aralığında Ağdamın “Qarabağ” klubuna rəhbərlik edib. 1993-1995-ci illər aralığında Azərbaycan milli komandasının baş məşqçi vəzifəsində də çalışıb. Ağasəlim Mircavadov "Şəmkir"lə iki dəfə, “Qarabağ”, “Neftçi”, “Xəzər-Lənkəran” klublarının hər biri ilə bir dəfə ölkə çempionluğunu əldə edib. 2005 və 2008-ci illərdə “Neftçi” və “Xəzər-Lənkəran” klubuna MDB və Baltikyanı ölkələri çempionlarının Birlik Kuboku yarışında qızıl medallar qazandırıb.

2008-ci ilin may ayında “Şöhrət” ordeninə layiq görülüb. 2018-ci ilin dekabr ayında Prezidentin fərdi təqaüdünə layiq görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru