Droqbadan təqdirəlayiq addım

13-04-2020, 18:24           
Droqbadan təqdirəlayiq addım
Qalatasarayın keçmiş futbolçusu Droqba xəstəxanasını COVID-19 mərkəzi olaraq dövlətin xidmətinə verib.

24 Media-nın "Euronews"a istinadən verdiyi xəbərə görə, Fil Dişi Sahilli Qalatasarayın keçmiş oyunçusu Didye Droqba özəl xəstəxanasını ölkənin ən böyük şəhəri olan Abidcan şəhərinin yeni tip koronavirusla mübarizədə istifadəsi üçün verib.

Abidcan Bələdiyyə Başçısı Vinsent Toh Bi Irie bu vətənpərvərliyinə görə Droqbaya təşəkkür edib və xəstəxananın koronavirusla mübarizədə istifadə ediləcəyini bildirib.

Qeyd edək ki, ölkədə ilk yoluxma halına martın 11-də rast gəlinib. Bugünədək ölkədə 584 nəfər koronavirusa yoluxub və onlardan 85-i sağalıb, 5-i isə həyatını itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru