Karantindir, nə olsun? Azərbaycanda 15 minlik mükafatı olan rəsmi yarış başlanır

14-04-2020, 00:01           
Karantindir, nə olsun? Azərbaycanda 15 minlik mükafatı olan rəsmi yarış başlanır
Bu yarış ölkədə koronavirus pandemiyası üzündən elan olunan xüsusi karantin rejimi vaxtı ilk rəsmi idman yarışı olacaq
Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi şahmatsevərlər üçün xüsusi karantin rejimi günlərində maraqlı onlayn layihə hazırlayıblar.

Sputnik Azərbaycan xəbər verir ki, aprelin 16-da Chess24.com şahmat platforması üzərindən şahmatın Bullet növü (sürətli şahmat) üzrə ilk Azərbaycan çempionatı keçiriləcək. Onlayn birincilikdə ölkənin ən güclü şahmatçıları iştirak edəcəklər. Oyunlarda vaxt kontrolu 1 dəqiqə + hər gedişə 1 saniyə olacaq.
Qeyd edək ki, bu yarış ölkədə koronavirus pandemiyası üzündən elan olunan xüsusi karantin rejimi vaxtı ilk rəsmi idman yarışı olacaq. Yarışın mükafat fondu 15 000 manat təşkil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru