"Beynəlxalq yarışlar bu il keçirilməyə bilər" - FİFA rəsmisi

14-04-2020, 10:01           
"Beynəlxalq yarışlar bu il keçirilməyə bilər" - FİFA rəsmisi
FİFA-nın vitse-prezidenti Viktor Montalyani koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış beynəlxalq yarışların bərpa olunması məsələsinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəsmisi həmin turnirlərin 2020-ci il ərzində baş tutmasına şübhə ilə yanaşır.

O, daxili çempionatların yekunlaşması üçün komandalara vaxt verilməsinin vacibliyini vurğulayıb. Həmçinin sərhədlərin nə zaman açılacağının da bilinmədiyini söyləyib: "Düşünürəm ki, daxili futbol prioritetdir. Sentyabr hələ plandadır, amma buna əmin deyiləm, çünki indi hər şey dəyişir. Beynəlxalq sərhədlərin keçilməsində problemlərin olması mümkündür. Futbol matçı üçün yaşıl işıq alsaq, onun azarkeşlərlə olacağına inanmıram. Sadəcə, bunu görmürəm. Düşünürəm ki, azarkeşlərlə oynamaq böyük risk olar. 2021-ci ilə qədər beynəlxalq oyunların keçirilməsinə şübhə edirəm".

Qeyd edək ki, dünyanın bütün beynəlxalq idman tədbirləri təxirə salınıb. Həmçinin AVRO-2020-nin də gələn il keçirilməsi qərara alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru