Azərbaycan Qran-prisi sentyabrda keçirilə bilər

15-04-2020, 09:58           
Azərbaycan Qran-prisi sentyabrda keçirilə bilər
"Formula 1"in idman direktoru Ross Braun 2020-ci il mövsümündə fövqəladə hallar üçün planlar hazırlayıb.

"Report"un "Auto-Motor Sport"a istinadən verdiyi məlumata görə, cari mövsüm üçün 8 - 19 Qran-prinin təşkili nəzərdə tutulub. Real təqvim isə özündə 15 mərhələni əks etdirir. Hazırda iyunun 28-nə nəzərdə tutulmuş Fransa Qran-prisinin də təxirə salınması gündəmdədir. Bu səbəbdən, mövsümə iyulda Avstriya və ya Böyük Britaniyada başlanılacaq. Avqustda Macarıstan, Niderland, Belçika və ya İtaliyada olmaqla, 3 Qran-pri nəzərdə tutulub. Lakin Niderland "Formula 1" təqviminə yenidən qayıdığını azarkeşsiz qeyd etməyəcəyini bildirib.

Avropadan sonra diqqətlər şərqə yönələcək. Sentyabrda Sinqapur, Rusiya və təxirə salınmış Azərbaycan Qran-prisinin təşkili gerçəkləşə bilər. Oktyabrda Yaponiya, Vyetnam və Çin Qran-priləri gözlənilir. Noyabrda növbə ABŞ, Meksika və Braziliyaya yetişəcək. Mövsümə isə dekabrda Bəhreyn və Abu Dabi Qran-priləri ilə yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda nəzərdə tutulmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru