Dünya çempionu Maqnus Karlsen 16 yaşlı şahmatçıya uduzdu

16-04-2020, 04:02           
Dünya çempionu Maqnus Karlsen 16 yaşlı şahmatçıya uduzdu
Şahmat üzrə dünya çempionu Maqnus Karlsen sensasion məğlubiyyətə düçar olub. "Report"un məlumatına görə, norveçli qrossmeyster "Banter Blitz Cup" adlı onlayn turnirin finalında 16 yaşlı iranlı Əlirza Firuzcaya uduzub - 7,5:8,5.

"Əlirza layiqli qələbə qazandı. O, inanılmaz dərəcədə güclüdür" deyə görüşdən sonra Karlsen açıqlama verib.

Firuzca kubokdan əlavə, 14 000 ABŞ dolları məbləğində pul mükafatına sahib olub.



Əlirza Firuzca

Qeyd edək ki, Maqnus Karlsenin təşkil edəcəyi 250 000 ABŞ dolları mükafat fonduna malik onlayn şahmat turniri aprelin 18-də start götürəcək. 16 gün davam edəcək yarışa azərbaycanlı qrossmeysterlərdən heç kim qatılmayacaq. Əvəzində Karlsen 8 iştirakçı arasında Əlirza Firuzcaya da yer verib. Turnirin qalibi 70 000 ABŞ dolları qazanacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.