Zinəddin Zidanın oğlu "Real Madrid"i tərk edəcək

20-04-2020, 01:16           
Zinəddin Zidanın oğlu "Real Madrid"i tərk edəcək
İspaniya "Real Madrid"inin baş məşqçisi Zinəddin Zidanın oğlu Luka Zidan klubla müqaviləsini uzatmayacaq.

"Report"un "Marca"ya istinadla məlumatına görə, "Rasinq"də icarədə olan 21 yaşlı qapıçı yayda "kral klubu"nu tərk edəcək. Onun hazırkı sözləşməsi 30 iyunadəkdir.

O da bildirilir ki, Madrid təmsilçisi Alfons Areolyaya yiyələnməyəcək. Qapıçı müqaviləsi bitən kimi Fransa PSJ-sinə dönəcək. Beləliklə, 21 yaşlı ukraynalı qolkiper Andrey Lunin "Real Madrid"də Tibo Kurtuadan sonra ikinci qapıçı ola bilər.

Qeyd edək ki, Luka Zidan "Real Madrid"in yetirməsidir. Cari mövsümdə o, "Rasinq"in heyətində Sequndada 29 oyunda 36 top buraxıb, 6 matda qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" gənc qolkiperin satış qiymətini 1,8 milyon avro müəyyənləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru