Millətlər Kubokuna qatılacaq azərbaycanlı şahmatçının adı bilindi

22-04-2020, 12:52           
Millətlər Kubokuna qatılacaq azərbaycanlı şahmatçının adı bilindi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) və Chess.com saytının təşkilatçılığı ilə Onlayn Millətlər Kubokunda iştirak edəcək azərbaycanlı şahmatçının adı bəlli olub.

"Report"un məlumatına görə, yarışda Teymur Rəcəbov da qüvvəsini sınayacaq.

35 yaşlı qrossmeyster 5 - 10 mayda keçiriləcək nüfuzlu turnirdə dünya yığmasının heyətində yer alacaq.

Qeyd edək ki, Onlayn Millətlər Kubokunda 6 komanda - Rusiya, ABŞ, Avropa, Çin, Hindistan və dünya yığması 180 000 ABŞ dolları məbləğində mükafat uğrunda mübarizə aparacaq. Hər komandanın heyətində ən azı bir qadın şahmatçı olacaq. Komandalar mayın 9-dək iki dövrəlik mübarizə aparacaqlar. Mayın 10-da isə Superfinal olacaq.

Komandaların tam heyəti bu gün dəqiqləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru