"Real"ın sabiq futbolçusu: "Ölkəyə koronavirusu mən gətirməmişəm, yardım da etməyəcəyəm"

23-04-2020, 15:44           
"Real"ın sabiq futbolçusu:
Paraqvayın “Olimpiya” klubunun futbolçusu Emmanuel Adebayor ölkəsi Toqoda yardım aksiyasına qoşulmaması barədə danışıb.

Cebhe.info xəbər verir ki, "Facebook" vasitəsilə canlı yayım edən 36 yaşlı hücumçu yardımlara bundan sonra da qoşulmayacağını söyləyib:

“Məni Eto’O və Droqba ilə müqayisə edib niyə xeyriyyə fondu qurmadığımı, yardım etmədiyimi soruşanlar üçün sadəcə təəssüf hissi keçirirəm. Amma mən onlar deyiləm. Mən Emmanuel Adebayoram və hər zaman istədiyimi edəcəyəm. Ölkəyə koronavirusu mən gətirməmişəm, yardım da etməyəcəyəm".

Qeyd edək ki, Emmanuel Adebayor "Arsenal", "Mançester Siti", "Real" kimi klublarda çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru