Mayk Tayson rinqə qayıtmaq niyyətindədir

25-04-2020, 00:00           
Mayk Tayson rinqə qayıtmaq niyyətindədir
Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson bildirib ki, dörd raund təkbətək xeyriyyə döyüşlərində iştirak etmək üçün rinqə qayıtmağı planlaşdırır.

Bu barədə “Report” “The Sun”a istinadla xəbər verir.

"Mən bütün son həftəni yumruqlarım üzərində işlədim. Bu ağırdır, bədənim zədəlidir və çox ağrıyır. Mən məşq edirəm, rinqə çıxmağa çalışıram. Düşünürəm ki, bir neçə sərgi döyüşü keçirəcəm və forma yığacağam”, - Tayson deyib.

Sabiq idmançı qeyd edib ki, evsiz və narkotikdən asılı insanlara kömək üçün pul qazanmaq istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru