UFC 249 turniri mayın 9-da Floridada keçiriləcək

25-04-2020, 02:11           
UFC 249 turniri mayın 9-da Floridada keçiriləcək
UFC 249 çempionatı mayın 9-da ABŞ-ın Ceksonvil şəhərində (Florida ştatı) keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Florida ştatının boks komissiyasının icraçı direktoru Patrik Kanningem bildirib.

"Florida UFC-ni günəşli ştatda salamlayır, komissiyamız 9, 13 və 16 may tarixlərində keçiriləcək tədbirlərə icazə verməyə hazırdır. Bu tədbirin mümkün olmasına kömək edən bütün insanların təhlükəsizliyini və rifahını təmin etmək üçün sağlamlıq və təhlükəsizlik protokolları hazırlanacaq. May ayının üç günündə davam edəcək bu UFC turniri ilə Florida UFC'nin önümüzdəki aylarda faydalanacağına ümid etdiyimiz yeni imkanlar üçün zəmin hazırlayaraq təşkilatla güclü tərəfdaşlıq qurmağa davam edir", - icraçı direktor deyib.

Bildirilir ki, bütün döyüşlər "Vystar" arenasında tamaşaçısız keçəcək.

UFC 249 turniri aprelin 18-də Kaliforniyada keçirilərək əsas döyüşü kimi rusiyalı Həbib Nurməhəmmədov ilə amerikalı Toni Fergüson arasında titul döyüşü olmalı idi. Lakin sonradan H. Nurməhəmmədov koronavirus pandemiyası səbəbindən iştirakdan imtina etməli oldu və amerikalı Castin Geyc ilə əvəz edildi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.