“Yuventus” “Barselona” futbolçusunu 70 milyon avroya aldı
29-06-2020, 00:06
İspaniyanın “Barselona” klubunun futbolçusu Artur İtaliya “Yuventus”u ilə müqavilə imzalayıb.
Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi 5 illik anlaşmaya imza atıb.
O, 2025-ci ilin iyununa qədər Turin klubunda oynayacaq. Əks istiqamətdə - “Yuventus”dan “Barselona”ya yollanan Miralem Pyaniç artıq tibbi müayinədən keçib.
Qeyd edək ki, Artur 70, Pyaniç 60 milyon avroya transfer olunub. Hər iki transfer üçün əlavə bonuslar da nəzərdə tutulub.