"Uaylderi cəmi iki nəfər məğlub edə bilər: mən və..." - Fyuridən iddialı açıqlama

29-06-2020, 22:58           
"Uaylderi cəmi iki nəfər məğlub edə bilər: mən və..." -
Ağır çəkidə WBC versiyası üzrə dünya çempionu Tayson Fyuri kəmərin sabiq sahibi Deontey Uaylderin hələ də güclü rəqib olduğunu düşünür.

Fanat.Az xəbər verir ki, Fyuri "iFL TV" "YouTube" kanalına açıqlamasında ağır çəkidə özü və Aleksandr Usikdən başqa Uaylderi məğlub etmək gücündə olan boksçunun olmadığını bildirib:

"Deontey Uaylder hələ də ağır çəkidə ən təhlükəli idmançıdı. O, məndən başqa istənilən boksçunu məğlub edə bilər. Bir də, məncə, Aleksandr Usik Uaylderə problem yarada bilər.

Dediyim kimi, ağır çəkidə Uaylderə başağrı ola biləcək iki nəfər var: mən və Aleksandr Usik. Mən vəhşiyəm, əfsanəvi döyüşçü və müntəzəm çempionam. Usik isə bacarıqlıdı və solaxaydı. O, nokautçulara qarşı necə davranacağını biləcək qədər təcrübəlidi".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.