Həbib kanadalı döyüşçü ilə 2021-ci ilin aprelində qarşılaşacaq

29-07-2020, 17:12           
Həbib kanadalı döyüşçü ilə 2021-ci ilin aprelində qarşılaşacaq
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun Jorj Sen-Pyerlə döyüşünün vaxtı müəyyənləşib.

Bu barədə 32 yaşlı idmançı sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, kanadalı döyüşçü ilə 2021-ci ilin aprelində qarşılaşacaq.

İndiyədək 28 döyüş keçirən Nurməhəmmədov 30 görüşdən sonra karyerasını başa vuracağını deyib. Bu mənada, Sen-Pyerlə qarşılaşma onun üçün sonuncu ola bilər.

Qeyd edək ki, Həbibin növbəti rəqibi isə müvəqqəti çempion Castin Geyci olacaq. Onlar arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru