“Barselona”nın prezidenti Messiyə görə həbs oluna bilər

1-09-2020, 22:39           
“Barselona”nın prezidenti Messiyə görə həbs oluna bilər
İspaniyanın “Barselona” futbol klubunun prezidenti Xosep Bartomeu həbs oluna bilər.

Unikal.org xəbər verir ki, bu iddianı tanınmış ispaniyalı jurnalist Gilerme Balage irəli sürüb.

“Əgər X.Bartomeu L.Messini ucuz qiymətə satsa, növbəti prezident onu klubun aktivləri ilə pis idarə etməkdə ittiham edə bilər. Bu, onun öz cibindən böyük pul xərcləməsi və hətta həbsi ilə bitə bilər! Buna görə də, X.Bartomeu L.Messinin klubu tərk etməməsi üçün sona qədər mübarizə aparmalıdır”, jurnalist öz “Twitter” səhifəsində yazıb.

Qeyd olunur ki, klub L.Messinin dəyərini 700 milyon avro qiymətləndirir.

L. Messinin Kataloniya klubu ilə müqaviləsi 2021-ci ilin yay ayında bitir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru