Almaniya Bundesliqasının oyununa azarkeşlər buraxılacaq

2-09-2020, 07:37           
Almaniya Bundesliqasının oyununa azarkeşlər buraxılacaq
Almaniyanın "Leyptsiq" komandası Bundesliqada 2020/2021 mövümünün ilk turunda qarşılaşacağı "Maynts"la oyunu azarkeşlərin iştirakı ilə keçirəcək. "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı Leyptsiq Səhiyyə İdarəsinə edilən müraciət qəbul olunub.

Matça buraxılacaq 8 500 nəfər fanat püşkatma yolu ilə müəyyənləşdiriləcək. Həmin şəxslərin Saksoniya əyalətində qeydiyyatda olmaları əsas şərtlərdən biridir. Azarkeşlər tribunada maska taxacaqlar.

Qeyd edək ki, Almaniya çempionatı sentyabrın 18-də start götürəcək. "Leyptsiq" - "Maynts" oyunu sentyabrın 20-da olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru