Futbolçudan irqçi davranış: arvadını mavi gözlərinə görə evdən qovdu - FOTO

3-09-2020, 08:29           
Futbolçudan irqçi davranış: arvadını mavi gözlərinə görə evdən qovdu - FOTO
Nigeriyalı futbolçu Vasiu Jimo arvadını və uşaqlarını gözləri mavi olduqları üçün evdən qovub.

Nigeriyanın “Sunshine Stars” futbol komandasının formasını geyinən 23 yaşlı futbolçunun arvadı Risikat bu barədə BBC-yə danışıb.

“Ərim məni və qızlarımı gözlərimizin mavi rəngdə olduğuna görə qovdu. Gözlərim mavi rəngdə olduğu üçün ərimin valideynləri onunla evlənməyimi istəməmişdilər”, - deyə o bildirib.

Onun sözlərinə görə, uşağına getdiyi ərəb dili kursunda “ifrit gözlü” deyə lağ ediblər.

Risikat qeyd edib ki, məhəllədə uşaqlar onu görəndə qorxub qaçırlar.

Futbolçu isə məsələ ilə bağlı açıqlama verərək arvadını gözlərinin rənginə görə tərk etmədiyini deyib:

“Məni xoşbəxt edə bilmirdi. Ona görə ayrıldıq”.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.