Təbrizin "Tiraxtur" komandası möhtəşəm zəfərə imza atıb.
4-09-2020, 00:01
Təbrizin "Tiraxtur" komandası möhtəşəm zəfərə imza atıb.
Cebhe.info xəbər verir ki, Güney Azərbaycan təmsilçisi paytaxt Tehrandakı "Azadi" stadionunda keçirilən final matçında “İstiqlal”la qarşılaşıb. Təbrizlilər Tehran klubuna 3:2 hesabı ilə qalib gələrək kuboku qazanıb.
Qeyd edək ki, “al qurdlar” tarixində ikinci dəfədir ölkə kubokunu qazanır. İlk dəfə 2014-cü ildə bu uğura imza atan "Traktor" 1976 və 1994-cü ildə finalçı olub.