Omar Momani Azərbaycan - Lüksemburq oyununun karikaturasını çəkib- FOTO

4-09-2020, 02:23           
Omar Momani Azərbaycan - Lüksemburq oyununun karikaturasını çəkib- FOTO
Məşhur karikaturaçı Omar Momani Azərbaycan millisinin UEFA Millətlər Liqasında Lüksemburq seçməsi ilə keçirəcəyi oyunla bağlı rəsm çəkib. "Report" xəbər verir ki, rəssam Xəzər dənizinin sahilində yerləşən Qız qalasını, onun üzərində isə Azərbaycan bayrağını təsvir edib.

Fotoda millinin baş məşqçisi Canni De Byazi şah, futbolçular isə döyüşçülər kimi təqdim olunublar.

Momaninin fantaziyasına görə, Lüksemburq yığması qalanı almağa gələn düşmənlərdir. Azərbaycan millisinin üzvləri qalanı müdafiə etməyə çalışırlar.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək Azərbaycan - Lüksemburq oyunu saat 20:00-da başlayacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru