Uruqvaylı futbolçu Messinin tarixi rekordunu üstələdi

9-10-2020, 04:50           
Uruqvaylı futbolçu Messinin tarixi rekordunu üstələdi
DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsinin Çili yığmasına qarşı 1-ci turunun matçında hesabı açmış Uruqvay yığmasının 33 yaşlı hücumçusu Luis Suares statistik nailiyyət qazanıb.

"Report" xəbər verir ki, Luis Suares özünün 22-ci qolunu vurmaqla Cənubi Amerikanın dünya çempionatına seçmə matçlarının bütün tarixi ərzində ən yaxşı bombardir olub.

O, Argentina yığmasının hücumçusu Lionel Messini bu göstəricisi üzrə qabaqlayıb. Argentinalı futbolçunun aktivində 21 qol var.

Messi və Suares 2014-cü ildən 2020-ci ilə qədər "Barselona"nın heyətində oynayıblar. 33 yaşlı uruqvaylı hücumçu cari transferlə Madrid "Atletiko"suna keçib. O, keçmiş mövsümdə klub səviyyəsində bütün yarışlarda 36 matç keçirib, 21 qol vurub və 10 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru