“Fənərbağça” Özilin transferi üçün SMS kampaniya başlatdı

24-01-2021, 19:11           
“Fənərbağça” Özilin transferi üçün SMS kampaniya başlatdı
Türkiyənin “Fənərbağça” klubu “Arsenal”dan Mesut Özilin transferini tamamlamaq üçün tərəfdarlarına müraciət edib.

“Sports.ru” xəbər verir ki, klubun prezidenti Əli Koç lazımi məbləği toplamaq üçün SMS kampaniyaya start verildiyini bildirib.

“Bizim tərəfdarlarımızdan bir xahişimiz var. Zəhmət olmasa bizi dəstəkləməkdə davam edin. Biz sizin maddi yardımlarınızdan asılıyıq. Özilin müqaviləyə imza atdığı gün SMS kampaniyasında rekord vurun”, - deyə Koç klubun azarkeşlərinə müraciət edib.

SMS-i klubun əsası qoyulduğu tarix olaraq bilinən 1907 qısa nömrəsinə göndərmək lazımdır. Bu yolla klub 2 milyon avro toplamağa ümid edir. Bununla yanaşı, “Fənər”in rəhbərliyi mövsümün sonunadək Özilin imzası olan milyonadək futbol geyimi satmağı da planlaşdırır.

“Bəlkə 300 min, bəlkə 500 min, bəlkə də 1 milyon SMS. Bu bizə çox kömək edəcək. Sonra da əminəm ki, siz Məsutun imzası olan futbol geyimlərini almağa tələsəcəksiniz”, - deyə “Fənərbağça” prezidenti əlavə edib.

Qeyd edək ki, hazırda sarı-lacivərdlilərin 520 milyon avro məbləğində borcu var.

Onu da bildirək ki, bir qədər əvvəl "Fənərbağça" klubu özünün rəsmi "Tvitter" səhifəsində Məsut Özilin artıq transfer olunduğunu yazıb və ona uğurlar arzulayıb. oxu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.