İtaliya derbisi: "İnter" “Milan”ı 3 qolla məğlub etdi

22-02-2021, 00:00           
İtaliya derbisi: "İnter" “Milan”ı 3 qolla məğlub etdi
Bu, “İnter”in çempionat çərçivəsində “Milan” üzərində yubiley – 75-ci qələbəsi olub

İtaliya A seriyasında növbəti Milan derbisi keçirilib. Teref.az-ın Apasport.az saytına istinadən məlumatına görə, “Milan” və “İnter” ölkə çempionatlarında 196-cı dəfə üz-üzə gəlib.

Bu qarşılaşma A seriyasının XXIII turuna təsadüf edib. Rəqiblərini eyni stadionda qəbul edən rəqiblərin duelində “Milan” ev sahibi olub.

Çempionatın liderlərinin dueli erkən qolla başlayıb. Lautaro Martines 5-ci dəqiqədə vurduğu topla “İnter”i hesabda önə çıxarıb. Fasilədən sonra da sevinən tərəf “neradzurra” olub.

Lautaro 57-ci dəqiqədə dublunu rəsmiləşdirib. Cəmi 9 sonra Romelu Lukaku üçüncü dəfə “rossonyeri”nin topu qapıdan çıxarmağa məcbur edib.

Bu, “İnter”in çempionat çərçivəsində “Milan” üzərində yubiley – 75-ci qələbəsi olub. Digər qarşılaşmada “Milan” 63 qələbə qazanıb, 58 matç heç-heçə bitib. Top fərqində də neradzurra” öndədir – 286:259.

Qeyd edək Ki, bu qələbədən sonra xal hesabını 53-ə çatdıran “İnter” liderliyini möhkəmlədib. İkinci sırada qalan “Milan” 4 xal geridədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru