“Qalatasaray“ transfer bombasını “partladır“ - Ulduz futbolçu gəlir

22-02-2021, 10:50           
“Qalatasaray“ transfer bombasını “partladır“ - Ulduz futbolçu gəlir
"Qalatasaray" klubu heyətinə daha bir futbolçu cəlb etmək niyyətindədir.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qedson Fernandeş, Yedlin, Mustafa Məhəmməd kimi oyunçuları transfer edən "cim-bom" növbəti mövsüm üçün daha bir futbolçu ilə güclənəcək.

"A Spor" nəşrində yer alan xəbərə görə, İstanbul təmsilçisi "Milan"ın türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlunu rənglərinə bağlamaq istəyir.

Komandanın baş məşqçisi Fatih Terim 27 yaşlı oyunçu ilə tez-tez söhbətləşir. Hakanın özünün də "Qalatasaray"a gəlmək fikrində olduğu yazılır.

Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Hakan Çalhanoğlu 2017-ci ildən "Milan"da çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru