“Liverpul” evdə uduzdu - Video

8-03-2021, 00:07           
“Liverpul” evdə uduzdu - Video
İngiltərə Premyer Liqasının 27-ci turunda “Liverpul” doğma meydanda “Fulhem”ə 0:1 hesabı ilə uduzub.

Teleqraf.com xəbər verir ki, yeganə qolu 45-ci dəqiqədə Mario Lemina vurub.

“Liverpul” İngiltərə Premyer Liqasının tarixində (1992-ci ildən) ilk dəfə doğma meydanda altı matçda məğlub olub. Sonuncu dəfə klub öz evində 1953-54-cü il mövsümündə altı dəfə uduzmuşdu. O vaxt “Liverpul” yüksək divizyonu çempionatın nəticələrinə əsasən tərk etmişdi.

28 matçda 43 xal qazanmış “Liverpul” turnir cədvəlində yeddinci yeri tutur. “Fulhem” 26 xalla 18-cidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru