Mbappe Messini üstələyərək Avropanın ən gənc məhsuldar oyunçusu oldu

11-03-2021, 08:25           
Mbappe Messini üstələyərək Avropanın ən gənc məhsuldar oyunçusu oldu
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsində PSJ və "Barselona" komandaları qarşılaşıb.

“Report” xəbər verir ki, səfərdə "Barselona" komandası üzərində 4:1 hesablı qələbə qazanan “parislilər” cavab oyununda da rəqibinə məğlub olmayıblar - 1:1. Meydan sahiblərinin heyətində Kilian Mbappe, qonaqlardan isə Lionel Messi fərqlənib.

İyirmi iki yaşlı Mbappe (22 yaş 80 gün) Avropa turnirinin əsas oyununda özünün 25-ci qolunu vurub. O, belə göstəriciyə imza atan ən gənc oyunçu olub.

Qeyd edək ki, bundan əvvəlki rekord Lionel Messiyə (22 yaş 286 gün) aid idi. Bununla da Mbappe Messinin rekordunu üstələyib.

Mbappe cari mövsümdə PSJ-də 33 görüş keçirib və 26 dəfə fərqlənib, habelə 9 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru