Ronaldo analardan üzr istədi

30-03-2021, 11:50           
Ronaldo analardan üzr istədi
Braziliya millisinin sabiq üzvü Ronaldo DÇ-2002 öncəsi etdiyi saç düzümünə görə analardan üzr istəyib.

Qol.az "Football24news"a istinadən xəbər verir ki, hazırda "Real Valyadolid"in prezidenti olan sabiq hücumçu uşaqların ona baxaraq, eyni saç düzümünü sınadıqları üçün belə addım atıb:

"Övladlarında mənim saç düzümümün eynisini görən analardan üzr istəyirəm. Dünya kuboku ərəfəsində zədələnmişdim və bu barədə Braziliya mediası ilə danışmaq istəmirdim. Buna görə də saçımı kəsdim. Komanda yoldaşlarıma dedim ki, bu, xoşunuza gəlirmi? Onlar isə belə cavab verdilər: "Xeyr. Bu, dəhşətdir". Amma jurnalistlər saç düzümümü gördülər və zədələndiyimi unutdular".

Qeyd edək ki, Ronaldo 8 qolla DÇ-2002-nin bombardiri olub. Həmin vaxt Braziliya yarışın qalibi adını qazanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru