Ağırlıqqaldıranımız növbəti dəfə Avropa çempionu oldu

6-04-2021, 00:01           
Ağırlıqqaldıranımız növbəti dəfə Avropa çempionu oldu
05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars
3-11 aprel tarixlərində Rusiyanın paytaxtı Moskvada keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı start götürüb.

40 ölkədən 361 idmançının (179 qadın+182 kişi) iştirak edəcəyi yarışda baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayırlar. Onlardan ilk olaraq Boyanka Kostova körpücük üzərinə çıxıb. O, 59 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 95 kq nəticə ilə bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq-la qızıl medal qazanıb.

Toplam 211 kq (95 + 116) nəticə göstərən Boyanka Kostova yekun sıralama da Avropa çempionatının qızıl medalına sahib çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru