Canni De Byazi: "Ronaldu bizə qarşı daha çox səhv etdi"

5-04-2021, 22:11           
Canni De Byazi: "Ronaldu bizə qarşı daha çox səhv etdi"
"DÇ-2022-nin ilk iki oyununda texniki baxımdan özümüzdən güclü komandalara qarşı oynadıq. Onların güclü tərəflərini öyrənmişdik. Məhz bu səbəbdən daha çox müdafiəçi ilə çıxış edirdik. Bizim də şanslarımızın olacağını bilirdik".

"Report" xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqşisi Canni De Byazi "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində müsahibəsində deyib.

İtaliyalı mütəxəssis bildirib ki, yaranan şanslardan mütləq yararlanmaq lazım idi: "Bu hələ başlanğıcdır. Yolumuz uzundur".

65 yaşlı baş məşqçi komandanın hücum xəttində problem olmadığını söyləyib: "Deyə bilmərik ki, biz təkcə penaltidən qol vururuq. Millətlər Liqasında Lüksemburqla oyunu xatırlamaq istəyirəm. Orada gözəl kombinasiyadan sonra Ramil Şeydayev fərqləndi. Belə epizodlarımız çox olub. Bəzən onların hamısından faydalana bilmirik. Başa düşmək lazımdır ki, hər hücumçunun müxtəlif vaxtlarda yaxşı və pis periodları olur. Belə onların hər zərbələri qolla nəticələnir, əksi baş verən zamanda fərqlənə bilmirlər. Bir az səbrli olmaq lazımdır. Yaxşı nəticələr gələcək. Portuqaliya və Serbiya ilə oyuna görə futbolçulardan razıyam. Hər iki görüşdə məğlub olduq, adətən belə olanda razı qalmıram. Amma rəqiblər çox güclü idi. Ümumilikdə yaxşı siqnallar gördük".

Canni De Byazi hücumçu Əli Qurbaninin çıxışına da toxunub: "Qurbani bizim üçün önəmli futbolçudur. Hamı səhv edə bilər. Messi və Ronaldu da səhv edir. Bu hücumçularda olan şeydir. Düşünürəm ki, Ronaldu bizə qarşı daha çox səhv etdi və epizodları qaçırdı. Nəinki Əli Qurbani Serbiyaya qarşı. Əli Qurbani bizim üçün Mahir Emreli və Ramil Şeydayev qədər vacibdir. Demişə demişəm, yaxşı oynayırsansa, yığmanın qapısı sənin üçün daim açıqdır. Əsas olan bayrağa sevgidir. Ancaq bununla yaxşı nəticələr əldə edə bilərik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru