"Bavariya"da PSJ ilə oyun öncəsi daha bir itki

6-04-2021, 22:41           
"Bavariya"da PSJ ilə oyun öncəsi daha bir itki
Almaniya “Bavariya”sı Fransanın PSJ komandası ilə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu öncəsi daha bir futbolçusunu itirib.

KONKRET.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen klubunun yarımmüdafiəçisi Serj Qnabri koronavirusa yoluxduğu üçün qarşılaşmanı buraxacaq.

Karantinə alınan 26 yaşlı oyunçunun durumunun qənaətbəxş olduğu və özünü yaxşı hiss etdiyi bildirilib.

Bundesliqa təmsilçisinin bombardiri Robert Levandovski isə zədə səbəbindən parislilərə qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, “Bavariya” – PSJ görüşü aprelin 7-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru