Qadın hakimin çılpaq ayağına görə canlı yayım 100 dəfədən çox dayandırıldı

15-04-2021, 00:04           
Qadın hakimin çılpaq ayağına görə canlı yayım 100 dəfədən çox dayandırıldı
İran dövlət telekanalı İngiltərə Premyer Liqasının 31-ci turunun "Tottenhem" - "Mançester "Yunayted" oyununun (1:3) canlı yayımını yüz dəfədən çox dayandırıb.

Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, buna matçın yan hakimi Sian Masseyin yayıma girməsi səbəb olub. Qadın hakim görüşdə şort və diz çorabında çalışıb. Massey ekranda göründüyü anda, dövlət kanalı "Tottenhem Hotspur" stadionunun panoramik bir görünüşünü göstərib.

İranın insan hüquqları təşkilatı "My Stealthy Freedom" bunun yerli televiziya izləyicilərinin qadının ayaqlarının çılpaq hissələrini görməməsi üçün edildiyini bildirib.

Qeyd edək ki, 1979-cu ildən 2019-cu ilədək iranlı qadınlara futbol matçları zamanı stadionlara daxil olmaq qadağan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru