UEFA prezidenti qurumun gəlirlərinin azalması fonunda maaşını artırıb

23-04-2021, 06:19           
UEFA prezidenti qurumun gəlirlərinin azalması fonunda maaşını artırıb
UEFA prezidenti Aleksandr Çeferinin maaşı 2019/2020-ci illər mövsümün nəticələrinə görə 450 min avro artıb.

“Report” “Vozpopuli” nəşrinə istinadən xəbər verir ki, beləliklə, vergiləri çıxmamaq şərtilə, Çeferinin gəliri 2,19 mln avro təşkil edib.

Məlumata görə, UEFA prezidenti ildən ilə öz maaşını artırıb. O, vəzifəsinin icrasının birinci ilində 1,41 mln avro alıb. Ceferin növbəti mövsümdə maaşını eyni səviyyədə saxlayıb, amma 2018/2019-ci illər mövsümündə gəlirini 1,74 mln avroya, sonrakı mövsümdə isə 2,19 mln avroya çatdırıb.

Ümumilikdə 2016-cı ildə vəzifəsinə təyin olunandan sonra UEFA prezidenti təxminən 6,76 mln avro qazanıb.

Qeyd edək ki, 31 iyun 2020-ci ildə bitən maliyyə ilinin nəticələrinə görə UEFA-nın gəlirləri koronavirus pandemiyası səbəbindən 21 % azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru