"İnter" 11 ildən sonra ilk dəfə İtaliya çempionu oldu

3-05-2021, 00:05           
"İnter" 11 ildən sonra ilk dəfə İtaliya çempionu oldu
Milan şəhərinin "İnter" futbol klubu 2010-cu ildən bəri ilk dəfə İtaliya çempionu olub.

Teleqraf.com-un məlumatına görə, çempionatın sonuna 4 tur qalmış Antonio Kontenin rəhbərlik etdiyi komanda rəqibləri üçün əlçatmaz mövqedə qərarlaşıb.

Belə ki, 34-cü tur çərçivəsində "Sassuolo" və "Atalanta" qarşılaşması 1:1 hesabı ilə bitib və "Atalanta" 69 xalla ikinci yerdə qərarlaşıb. Bununla da "Atalanta" 82 xala malik “"İnter"dən 13 xal geridə qalıb.

Qeyd edək ki, "İnter" sonuncu dəfə 2009/10 mövsümündə İtaliya çempionu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru