Lissabonda keçirilən Karate1 Premyer Liqa turnirində komandamız iki medal əldə edib

3-05-2021, 07:22           
Lissabonda keçirilən Karate1 Premyer Liqa turnirində komandamız iki medal əldə edib
Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Karate1 Premyer Liqa turnirini komandamız iki medal qazanıb.

Trend-in məlumatına görə, təmsilçimiz Asiman Qurbanlı (84 kiloqramdan yuxarı) qızıl medal uğrunda Gürcüstan idmançısı Qoqita Arkaniaya məğlub olaraq gümüş medalla kifayətlənib.

Heyətində Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyevin yer aldığı kata komandamız isə bürünc medal uğrunda Misir yığmasına qalib gələrək üçüncü yeri tutub.

Nüfuzlu turnir idmançılara Tokio Olimpiadasında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırıb.

Mötəbər yarışda Azərbaycanı 15 idmançı təmsil edib.

Premyer Liqanı idarə edən hakimlər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru