“Monako” - “Lion” matçından sonra futbolçular arasında kütləvi dava olub

3-05-2021, 06:41           
“Monako” - “Lion” matçından sonra futbolçular arasında kütləvi dava olub
Futbol üzrə Fransa Birinci Liqasının XXXV turunda “Monako” və “Lion” komandaları qarşılaşıb.

“Report”un məlumatına görə, Monakonun “Lui II” stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Matçı Kleman Turpenın başçılıq etdiyi hakim briqadası idarə edib.

Qeyd edilir ki, hakimin final fitindən sonra meydançada xoşagəlməz hadisə baş verib. Belə ki, komandaların futbolçuları arasında dava olub. Qarşıdurmanın səbəbi hələlik məlum deyil. Fransa mətbuatın məlumatına görə, hadisə ilə bağlı dörd futbolçuya - “Monako”nun oyunçuları Villem Jebelə və Pyetro Pelleqriyə, “Lion”dan isə De Şılyo və Marseloya qırmızı kart göstərilib. Qeyd edək ki, oyun zamanı qonaqların daha bir oyuncusu – Kakere də meydandan qovulub.
Xatırladaq ki, 35 oyunda 71 xal yığan “Monako” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Aktivində 70 xalı olan “Lion” isə dördüncü yerdədir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru