"Neftçi" darmadağınla qalib gəlib, "Qarabağ"a çatdı

3-05-2021, 22:03           
"Neftçi" darmadağınla qalib gəlib, "Qarabağ"a çatdı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

Axar.az xəbər verir ki, "Keşlə" öz meydanında "Neftçi"ni qəbul edib. Görüş qonaqların 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk qolu "Keşlə"nin heyətində Tərlan Quliyev 38-ci dəqiqədə öz qapısına vurub. 74-cü dəqiqədə "ağ-qaralar"ın tanınmış futbolçusu Keysuke Honda fərqi iki topa çatdırıb. Matçda son nöqtəni isə görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə flaqmanın kapitanı Emin Mahmudov qoyub.

Bu nəticədən sonra xallarının sayını 50-ə çatdıran "Neftçi" bir günlük də olsa, lider "Qarabağ"a çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru