“Forbes” dünyanın ən bahalı idman klublarını açıqladı – SİYAHI

8-05-2021, 06:59           
“Forbes” dünyanın ən bahalı idman klublarını açıqladı – SİYAHI
“Forbes” jurnalı dünyanın ən bahalı 50 idman klubunun reytinqini tərtib edib.

Reytinqə 9 futbol, 9 basketbol, 26 Amerika futbolu və 6 beysbol klubu daxil olub.
Avropanın futbol nəhənglərindən “Barselona”, “Real” və “Bavariya” ilk onluğa düşüb.

Premyer Liqa klublarından “Mançester Yunayted”, “Liverpul” və “Mançester Siti” 11-13-cü yerləri bölüşüb. Fransanın PSJ klubu isə siyahının sonlarında - 43-cü yerdə qərarlaşıb.

Beləliklə də, reytinqin ilk onuğu aşağıdakı kimidir:

“Dallas” (ABŞ, Amerika futbolu) – 5.7 milyard dollar;
“Yankiz” (ABŞ, beysbol) – 5.25 milyard dollar;
“Nyu-York” (ABŞ, basketbol) – 5 milyard dollar;
“Barselona” (İspaniya, futbol) – 4.76 milyard dollar;
“Real” (İspaniya, futbol) – 4.75 milyard dollar;
“Qolden Steyt” (ABŞ, basketbol) – 4.7 milyard dollar;
“Leykers” (ABŞ, basketbol) – 4.6 milyard dollar;
“Nyu-İnqlend” (ABŞ, Amerika futbolu) – 4.4 milyard dollar;
“Nyu-York Cayents” (ABŞ, Amerika futbolu) – 4.3 milyard dollar;
“Bavariya” (Almaniya, futbol) – 4.21 milyard dollar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru