“Yuventus” Super Liqanı tərk etməsə, A Seriyasında oynamayacaq

11-05-2021, 10:06           
“Yuventus” Super Liqanı tərk etməsə, A Seriyasında oynamayacaq
“Yuventus” Avropa Super Liqasını tərk etmədiyi təqdirdə, A Seriyasındakı oyunlara buraxılmayacaq.

Bunu Neapol radiostansiyasına müsahibə verən İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina bildirib.

“Qaydalar aydındır. Azarkeşlər üçün təəssüflü haldır. Amma qaydalar hər kəs üçün eynidir. Ümid edirəm ki, bu yarışma tezliklə bitəcək”, - deyə o qeyd edib.

Xatırladaq ki, Super Liqa yaratmış 12 klubdan 9-u UEFA ilə saziş imzalayaraq turniri tərk edib. Yalnız “Real”, “Barselona” və “Yuventus” hələ də Super Liqada qalmaqdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru