İspaniya millisi Avropa çempionatı öncəsi koronavirus şoku ilə üzləşib

7-06-2021, 08:41           
İspaniya millisi Avropa çempionatı öncəsi koronavirus şoku ilə üzləşib
Futbol üzrə İspaniya millisinin kapitanı Serxio Buskets koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxdığı diqqətə çatdırılıb. Digər oyunçuların testi mənfi olub. Buna baxmayaraq, komandanın mətbuat üçün açıq olan bütün tədbirləri ləğv edilib.

Busketsin karantinə alındığı bildirilib. Onun komandadakı taleyinə qarşıdakı günlərdə götürüləcək növbəti testlərin nəticəsi aydınlıq gətirəcək. “Barselona”nın təcrübəli futbolçusu iyunun 8-də keçiriləcək Litva ilə yoxlama görüşünü dəqiq buraxacaq. Futbolçunun İsveç millisinə qarşı AÇ-2020-nin açılış oyunundakı (14 iyun) iştirakı isə sual altındadır.

Qeyd edək ki, AÇ-2020 11 iyun - 11 iyul aralığında keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru