Tokio-2020: 63 min əhalisi olan Bermud adaları ilk qızıl medalını qazandı

27-07-2021, 11:47           
Tokio-2020:
Bermud adaları Olimpiya çempionluğu qazanan ən azsaylı əhaliyə malik ölkə olub.

Bizim.Media xəbər verir ki, cəmi 63 min adamın yaşadığı ölkə tarixinin ilk uğuruna Tokio-2020 Yay Olimpiya Oyunlarında imza atıb.

Flora Daffi qadın triatlonçuların yarışında qızıl medala yiyələnib.

Bunadək Bermud adaları Olimpiya Oyunlarında yalnız bir bürünc qazanıb. Monreal-1976-da boksçu buna nail olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.